Xəyal Qırmağı Unudan Uşaqlar
Ekranların kölgəsində böyüyən bir nəsil
“Canım sıxıldı.”
“Nə edəcəyimi bilmirəm.”
“Tableti açım?”
Bu cümlələri eşitmək bir çox valideyn üçün adi hala çevrilib. Amma əslində bu sözlər daha dərin bir problemin əksi ola bilər:
Uşaqlar artıq xəyal qura bilmir.
Xəyal Qurmaq, Uşaqlığın Qəlbidir
Bir zamanlar uşaqlar yerdəki daşlardan evlər qurur, göydəki buludları formalara bənzədirdi. Yalınayaq qaçır, çubuqdan at düzəldir, yorğanları qalaya çevirirdi.
Xəyal qurmaq üçün sadəcə bir az boş vaxt və bir az da cansıxıcılıq kifayət idi.
Amma indi uşaqlar xəyal qurmaq ehtiyacı hiss etmədən əyləncədən doyur.
Çünki hər cansıxıldıqlarında ekranlar əllərinin altındadır.
Ekranlar Xəyal Etməyi Değil, İstehlak Etməyi Öyrədir
Tabletdəki oyunlar, videolar, cizgi filmlər... Hamısı rəngli, sürətli və dopamin yüklü.
Amma hamısında ortaq bir şey var: Passivlik.
Uşaq sadəcə izləyir, sürüşdürür, klikləyir.
Xəyal qurmaq isə aktivdir. Zəhmət tələb edir, səbir tələb edir, vaxt tələb edir.
Ekran isə bu zəhməti gərəksiz edərək, uşaqların zehni məhsuldarlığını yavaş-yavaş söndürür.
Xəyal Qura Bilməyən Uşaq, Gələcəyi Necə Quracaq?
Yaradıcılıq sadəcə oyun qurmaqla bağlı deyil.
O xəyal gücü sayəsində uşaq bir gün:
-
Problem həll edər,
-
Yeni bir fikir inkişaf etdirər,
-
Özünü ifadə edər,
-
Başqasının yerinə özünü qoyar.
Amma bütün uşaqlıq hazır məzmunlarla keçərsə; gələcəkdə bu bacarıqlar zəif qalar.
Bəs Nə Etməli?
❌ Qadağalarla deyil, ✅ yönləndirməklə başlamaq lazımdır.
Budur bir neçə təklif:
🎨 Xəyal qutusu yaradın: Kartonlar, boya qələmləri, ip, düymə, parça parçası… Nə varsa içinə atın.
📚 Yarımçıq qalan hekayələr danışın: “Bir gün Əli meşəyə getdi və qarşısına…” deyib uşağın tamamlamasını istəyin.
⏳ Boş vaxt verin: Sıxılsın. Tablet verməyin. O boşluqda nə yarada biləcəyinə siz belə təəccüblənə bilərsiniz.
🧩 Ekranı birlikdə qiymətləndirin: İzlədiyi məzmun haqqında danışın. “Bu personaj başqa nə edə bilərdi?” kimi suallar verin.